BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Üstünə qaynar qəhvə tökən pilot məcburi eniş edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Almaniyanın “Condor” aviaşirkətinə məxsus “A330” sərnişin təyyarəsi Frankufrtdan Kankuna uçuş zamanı İrlandiyada məcburi eniş edib. Buna səbəb isə pilotun qaynar qəhvəni üstünə və cihaz panelinə tökməsi olub. 

İstixeber.info xəbər verir ki, hadisə fevralda baş versə də, insidentin səbəbi xüsusi komissiyanın araşdırmalarından sonra bu yaxınlarda aydın olub.

Belə ki, pilot qəhvə içmək istəyərkən müvazinətini itirib və onu dizlərinə, cihaz panelinə töküb. Nəticədə avadanlıq tüstülənməyə, düymələr əriməyə başlayıb. Kabinetdə çaxnaşma başlayıb. Paneldə bir sıra funksiyalar sıradan çıxıb, yerlə əlaqədə problem yaranıb. Bu səbəbdən göyərtəsində 326 sərnişin olan layner yaxınlıqdakı Şennon hava limanına enib. İnsident zamanı xəsarət alanlar olmayıb. Pilotun dizindəki yanıqlar isə həyati əhəmiyyət daşımayıb.

Ancaq məcburi eniş aviaşirkətə on minlərlə dollara başa gəlib.\“Qafqazinfo”

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26