BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BAKI SAKİNİNDƏN NARKOTİK GÖTÜRÜLÜB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şirvanda nartotik satan paytaxt sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixeber.info

loading...