BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tələbə adı qazanan Qubalı gənclərlə görüş keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qubada bu il orta məktəb məzunlarından 525 nəfər tələbə adını qazanıb. Onlardan 14 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.

İstixeber.info xəbər verir ki, bu fikirləri Qubada yenicə tələbə adını qazanan gənclərlə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev səsləndirib. Rayon rəhbəri yüksək nəticə göstərən gəncləri təbrik edərək onlara qiymətli hədiyyələr təqdim edib. Son 3 ayda beynəlxalq yarışlarda yüksək qələbə qazanan 3 gənc idmançı da mükafat alanlar sırasında olub.
Quba təhsil şöbəsinin müdiri Rüfət Hacıyev isə İstixeber.info-ya məlumat verib ki, bu il rayonda 3 məzun gümüş medal alıb. Alpan kənd məktəbindən Renat Hümbətov, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-litseydən Əli Əliyev və Əfşan Şıxməmmədov gümüş medalla orta məktəbi bitiriblər. Yeri gəlmişkən, 2 nömrəli məktəb-litseydən bir buraxılış sinfindən 23 məzunun hamısı tələbə adını qazanıblar.


Təhsil şöbəsinin müdiri bildirib ki, Qubadlı rayonunun Çaytumas kənd məktəbinin 34 məzununun hamısı ali məktəbə daxil olub.

İstixeber.info saytı olaraq tələbə adını qazanmış Qubalı gənclərə uğurlar arzu edirik.

İstixeber.info Quba
Rəşad Ağaşirinov

loading...