BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda masaj salonu yoxsa əxlaqsızlıq yuvası?: “Bütün səslər evin içindədir” – Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xətai rayonu Nəsrəddin Tusi küçəsində yaşayan sakinlərin şikayəti masaj salonundandır. 

İstixeber.info-nun məlumatına görə, masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.

Sakinlər iddia edirlər ki, obyekt sahibləri burada masaj salonu adı ilə əxlaqsızlıq yuvası təşkil ediblər. Bu azmış kimi, günün müxtəlif saatlarında obyektin qarşısında yaranan səs-küy sakinlərin haqlı narazılığına səbəb olur.

Sakinlər bildirir ki, masaj salonundakı bütün səslər evin içində asanlıqla eşidilir:

“Evdə uşaq var, yaşlı var. Gecə bir-birlərinə bıçaq çıxarırlar. Burada 171 saylı məktəb var. Şagirdlər hər gün onun qarşısından keçirlər, hər gün onu görmək məcburiyyətindədirlər. Qadınların isə çılpaq vəziyyətdə çıxıb çöldə oturmaları bizim hamımızı narahat edir”.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

“Bir dəfə bağladılar, reklamını sökdülər. Səhər isə gətirib onun yerinə daha böyük reklam vurdular, başladılar işləməyə”.\oxu.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26