BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda tələbə adını qazanan gənclərlə görüş keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən 984 məzundan 583 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 324-ü tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 37 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplayıb.

İstixeber.info xəbər verir ki, bu faktlar Yevlax rayonunda ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Rayon ictimaiyyətini nümayəndələrinin, təhsil işçilərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov, təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev və başqaları çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar. Çıxışçılar ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə təhsildə və gələcək həyatda uğurlar diləyərək, daha yüksək zirvələr fəth etməyi, Vətənə, xalqa, dövlətə gərəkli mütəxəssis və layiqli vətəndaş kimi yetişməyi arzulayıblar.

Gənclər, onların valideynləri və müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər.

İmtahanlarda 500-dən yuxarı bal toplayan tələbələrə fəxri fərman və hədiyyələr verilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26