BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İTKİN DÜŞƏN XAÇMAZ SAKİNİ QUBADA TAPILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İtkin düşən şəxs Xaçmazda tapıldı.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Xaçmaz rayon sakini 25 yaşlı Cavid Səbzəliyev sentyabr ayının 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.
Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30 radələrində itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, RPŞ-yə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.
Gəncin valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

İstixeber.info

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26