BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarda dəhşətli qəza. XƏSARƏT ALAN VAR – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün saat 10:19 radələrində Qusar rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, VAZ 2107  dövlət nömrə nişanlı 10 RX 408 olan avtomobil yüksək sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində VAZ 2107-nın sürücüsü Qusar rayonu Balaqusar kənd sakini 1961 -ci il təvəllüdlü Hacıyev Rüfət Əlimərdan oğlu,  dalağın travmatik cırılması,sağ diz qapağı və daban sümüyünün açıq sınığı, travmatik xəsarətləri ilə Qusar RMX-na aparılıb. Hadisənin havanın yağışlı olması və sürücünün NV-ni yüksək sürətlə idarə etdiyi ehtimal edilir.

Hadisə yerinə BDYP-si əməkdaşları baxış keçirir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

İstixeber.info Qusar
Rəşad Ağaşirinov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26