BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əmrah Fəqanoğlu: “PAYIZ”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəlişin kövrəltdi məni yamanca
Sarı don geydirdin yala, yamaca.
Nəğməkar quşlarsız boş qaldı bağça…
Payız, ah, payız…

Təbiət qəmgindir, ağaclar sanki
Heçliyə at çapır qovulantəki.
Dünənki çiçəyin soluxub rəngi
Payız, ah, payız…

Kirimir, ağlayır buludlar elə,
Dönür göz yaşları coşqun bir selə.
Ömrə qış tələsir qədəmləriylə…
Payız, ah, payız…

Dumana bələnən uca zirvələr
Nə qədər mənalı, gözəl görünər.
Bəs niyə könlümə qüssə ələnər?
Payız, ah, payız…

loading...