BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 28 767 müraciət daxil olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

İstixeber.info xəbər verir ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 28 767 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 918 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 849 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 077 sənəd (650 ərizə, 427 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.

loading...