BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası növbəti qələbəsini qazandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

İstixeber.info xəbər verir ki, Macarıstanda təşkil edilən C qrupunun qarşılaşmasında rəqib Estoniya yığması olub. Budapeştdəki “Laslo Papp” arenasında baş tutmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:2 (25-20, 18-25, 25-22, 22-25, 15-11).

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda 4 oyundan 8 xalla 2-ci pilləyə yüksəlib. Azərbaycan eyni xala malik Xorvatiyanı setlərdəki qələbə sayında geridə qoyub.

Lakin hələlik növbəti mərhələyə vəsiqə verən ilk “4-lüy”ü təmin etmək mümkün olmayıb. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə Macarıstan Xorvatiyaya uduzsa, Azərbaycan yığması 1/8 finala yüksələcək. \unikal

İstixeber.info

loading...