BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

AĞSTAFADA XEYLİ SAYDA SİLAH-SURSAT TAPILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağstafada silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə avqustun 26-da Ağstafa Rayon sakini DİN-in “102” Xidməti – Zəng mərkəzi Sisteminə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb.


Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ 8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd (1117 ədəd 5.45 mm-lik və 770 ədəd 7.62 mm-lik patron) və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26