BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YOLLARDA TƏHLÜKƏSİZLİYİN TƏMİNİ ÜÇÜN ATILAN ADDIMLAR – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Havaların isti keçməsi ilə əlaqədar olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda sürücülərlə yanaşı sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur. DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26