BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sübh namazından sonra bu kəlməni 19 dəfə demək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır.

Əgər insan həyatda bu zikrə yaxın olarsa və onu canı ilə qəbul edərsə, axirətdə də onunla məhşur olar.

İstixeber.info deyerler.org-a istinadən bildirir ki, biz bu zikri nəinki təkcə hər işin başlanğıcında deməliyik. Əlbəttə, hər işin başında bu zikri deməyin böyük savabları vardır. Ariflərin nəzərinə görə, Allah yolunun yolçusu gərək bu zikri canına elə hopdursun ki, sanki onun ruhunun bir hissəsidir. Ancaq bu zaman suluk yoluna addım ata bilər. Ancaq bu zaman həmin zikrin həqiqətini dərk edəcəkdir. Onlar bu zikri deməkdən ləzzət alarlar. Xoş olsun onların halına!

İnsan əgər həyatında “Bismilləhir-Rahmənir-Rahim” deməyibdirsə və Əhli-Beyti (ə) tanımırsa – can verən zaman halı xarab olar. Bu insan Quranın səsini eşidən zaman da halı pisləşər.

Çox sayda insan vardır ki, can verəndə onlara bu zikri deyən zaman, yaxud Ali-Əbanın (ə) adını çəkən zaman halları dəyişər və qışqırar, fəryad çəkərlər. Çünki bu zikr və adlar ancaq pak ruh ilə yaxın olar, xəbis ruhlardan uzaq olar.

Necə də yaxşı olardı ki, insan sağ olan zaman bu zikri unutmayaydı.

İnsan gərək öz gündəlik proqramına zikr və salavatları daxil etsin, Allah kəlməsi onun dilinə hopsun. Belə olduqda, çətin anlarda, o cümlədən, ölüm ayağında onun halı xoş olar.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26