BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Nazir Akif Alışanovun qardaşını vəzifəsindən azad etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

İstixeber.info xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.

V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib. (APA)

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26