BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Uşaqlarını bağçaya getməyə qoymayan sakinlər. Səbəb? FOTO + VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Kənd Xudat sakinləri saytımıza müraciət ünvanlayıblar.

Müraciəti qəbul edən saytımızın əməkdaşları adı çəkilən kəndə müraciətin arxasıyca yollanıb.

Bakı-Rusiya yolunun üzərində yerləşən, 500- dən yuxarı evi olan Kəndxudat kəndinin sakinlərini bir məsələ daha çox narahat edir. Kəndin uşaq bağçası. Bağçanın həyətinə daxil olanda elə bilin təhsil ocağı olan bağçaya yox hər hansı fermaya daxil oluruq. Uçuq-salxaq qapı-pəncərələr, sökülmüş–dağılmış divarlar, köhnəlmiş tavan və s. Müşahidələrimizi ürək ağrısı ilə aparıb sakinləri dinləmək qərarına gəldik.

Sakinlər iddia edir ki, neçə dəfələrlə baxçanın vəziyyəti ilə bağlı aidiyatı qurumlara məlumat vermişik, amma bir faydası yoxdu. Yaxşı bizim gələcəyimiz olan bu körpələr gələcəkdə dövlətimizə, vətənimizə nə kimi fayda verəcəklər?Bağça bağlanan bir ildir. Bizə deyirlər ki, uşaqlarınızı Xudat şəhərində yeni açılmış 5-Nömrəli bağçaya aparın. Bu necə olan işdir? Bizim kənddən o bağçaya düz 5 km yol var. Hər gün piyada bu alınan məsələ deyil. Çox xahiş edirik bizim bu məsələni ictimailəşdirin.

Sakinləri dinləyib bağçanın müdiri olmuş Rəsmiyyə İsmayılovanı dinlədik. Rəsmiyyə xanım deyir ki, uşaqların məndə bu vəziyyətdə olan bağçada təhsil almasını istəmirəm. Sabah Allah eləməsin bir hadisə baş versə məsuliyyət mənim üstümdə qalacaq. Artıq neçə aydır ki, işsizəm. Bağça ilə bağlı bütün qurumlara müraciət etmişəm amma bir faydası yoxdur ki, yoxdur. Xaçmazın İcra Başçısı Şəmsəddin Xanbabayevin əmri ilə bağça qəzalı vəziyyətdə olduğuna görə, işini dayandırıb. Bir neçə ay əmək haqqı aldıq. Artıq bu da kəsilib. Başçının əmri ilə biz Xudat şəhərində yerləşən bağçaların birində işlə təmin olunmalı idik. Amma indiyədək bu əmri icra edən yoxdu. Son ümidimiz dövlət başçısı İlham Əliyev cənablarına və birinci xanım Mehriban Əliyevayadır. Çox xahiş edirik bizə kömək edin. Bu məmurlar sizin sərəncamlarınızı icra etmirlər. Biz sakinləri çox incidirlər.
Məsələni dinlədikdən sonra Xaçmaz rayon İH-nin Kəndxudat İN-si Şölə Mirzəyeva ilə əlaqə saxladıq. Şölə xanım birmənalı olaraq bildirdi ki, bağçanın qəzalı olmasından tam xəbərdaram. Və təmiri üçüdə bütün aidiyatı qurumlara məlumat vermişəm. Məndə bu kənd sakiniyəm və səbirsizliklə bağçanın yenidən tam formada təmir olunacağı günü gözləyirəm.

Kəndxudat Bələdiyyəsinin sədri Rəna Zəkiyeva: Bu yaxınlarda İH-dən gəlib bağçaya baxış keçirilib. Dövlət qurumları məsələdən xəbərdardır. Yaxın zamanlarda yeni bağçanın tikilməsini gözləyirik.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətinin nümayyəndəsi Ceyhun Musayevlə əlaqə saxladıq. Ceyhun müəllim cavabında bildirdi ki, məsələdən xəbərdarıq. Qəzalı vəziyyətdə olan bağça fəaliyyətini dayandırıb. Amma yaxın zamanlarda yeni bağçanın tikintisi gözlənilir.

Hörmətli Kəndxudat sakinləri minə dözən min birədə dözər. Səbr edin, inşallah yaxın zamanlarda sizlər üçündə yeni bağça tikilib istifadəyə verilər.

Amma dəqiq tarixi bizdə bilmirik.

İstixeber.info Xaçmaz,Xudat
Rəşad Ağaşirinov

loading...