BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nazlı Çələbi: “BAŞQASIYLA SƏHV SALMA GƏL”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

BAŞQASIYLA SƏHV SALMA GƏL

– Biri mənə qəsdən dedi,
Ağıllı ol vurram səni.
Yoldan ötən başqasıyla,
Dəyişik, səhv salma məni.
– Dedim qardaş səhv salmaram,
Bu nə sözdü, həddim nədi ?
Sən elimin gözəl oğlu,
Bir incisi, nanəsisən,
Yasəməni, qızılgülü,
Qara xallı laləsisən.
Səndən yoxdu el – obada,
Yer üzündə, facebookda.
Mamlımatan qadınların,
Şəngülümü, fərəsisən.
Sənin kimi sözü “doğru”,
Gözü oğru adam hanı ?
Hər qadına gözəl deyib,
Padxod edən nadan hanı ?
Gecə-gündüz əl çəkməyib,
Zəng eyləyən babam hanı ?
Kimə gəldi, necə gəldi,
Saymazyana yazan hanı ?
– Gör kimə tay tutub səni,

İnanaraq sevdi sağır ?
Getdi o dəm başdan ağıl.
Sonra da kor – peşman olub,
Eşq acısın çəkdi fağır…
Haray – həşir qopararaq,
Mesencerdə dedi ağı,
Hanı bəs o, boynuyoğun,
Maşennikin dal ayağı ?
Gəlsin onu çəkək dara !
– Nədir bu özbaşınalıq ?
Bəsdir qatdız balı yağa,
Hara getdi abır – həya ?
Niyə yoxdu kişi sözü,
Xalqımızın el qınağı ?
– Bu sözləri gecə – gündüz,
Deyən də sən, yazan da sən.
Hamı kimi acizanə,
Bir sözümdən coşan da sən.
El içində haqq sözümü,
Hər deyəndə dava salıb,
İlişkini pozan da sən…
Ya dəli ol, ya haqqa gəl !
Ağıllı ol sən də məni,
Başqasıyla səhv salma gəl…

21.08.2019.

İstixeber.info

loading...