BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Quba meşələrində yanğın başladı – YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yanğın ərazisi 20 hektara yaxındır

İstixeber.info-nun məlumatına görə, hazırda Qubanın Zərqava bələdiyyəsinin ərazisində yanğın davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ekologiya və təbii sərvətlər idarəsinin rəisi Vaqif Cavadov İstiPressə məlumat verib ki, tüstüləmə və yanğın sahaəsi 20 hektara yaxındır. Bura kol-kos sahəsidir.

Quba İH başçısı Ziyəddin Əliyevlə yanaşı rayon hüquq-,mühafizə orqanlarının rəhbərləri, FHN-nin şimal regional mərkəzinin rəsmiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsinin və meşə bərpası müəssisələrinin əməkdaşları yanğın yerindədir.

Saat 11:19

Şimal bölgəsində Şabran və Quba rayonlarında meşə massivində yanğın başlayıb. Quba rayon icra hakimiyyəti başçısının müavini Xanlar Heybətovun İstiPress-in Şimal bürosuna verdiyi məlumata görə, yanğın kol-koslar olan sahədə başlayıb. Alov Qubanın Gədikqışlaq kəndindəki sahəyə də keçib.

Quba və Şabran Dövlət Yanğından Mühafizə Hissələrindən 5 yanğınsöndürən avtomobil və xeyli canlı işçi qüvvəsi yanğın yerinə cəlb olunub.

Yanğının meşəyə keçmə ehtimalı var.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26