BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Yevlaxda zəncirvari qəza – XƏSARƏT ALANLAR VAR – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax – Bərdə yolunda, “Həmdəm ailəvi istirahət mərkəzinin” qarşısında xəsarətlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Beləki, Bərdə istiqamətində hərəkətdə olan VAZ 21011 markalı, 46-BA-617 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax istiqamətində hərəkdə olan Mersedes markalı, 99-NP-077 dövlət qeydiyyat  nişanlı minik avtomobilləri toqquşub. Qəzaya səbəb Mersedes markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi nəticəsində idarəetməni itirməsi göstərilir.

Bu zaman qəzaya şahid olan VAZ 2107 markalı 10-LD-788 dövlət qeydiyyat nişanlı avtomobil dərhal əyləci basması nəticəsində arxadan gələn VAZ 2107 markalı, 10-MB-716 dövlət qeydiyyat nişanlı avtomobil və VAZ2106 markalı avtomobil, 61-BD-514 dövlət qeydiyyat nişanlı maşınlarda toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan şəxslərdən 4-ü xəsarət alıb.

Faktla bağlı Bərdə şəhər DYP-nin əməkdaşları araşdırma aparır.

İstixeber.info

loading...