BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“İşiğın yanmaması mənə yüzlərlə manat ziyan vurdu” – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nabranda ticarət iaşə işi ilə məşğul olan xırda sahibkar bir günün içində neçə yüz manat ziyana düşdüyünü iddia edir. Sakinin saytımıza etdiyi müraciəti sizlərə çatdırırıq.

Dünən səhər saatlarında bir saata yaxın külək əsdi. Külək səngiyən kimi işıqlar söndü. Düz 17-saatdır ki, işiğımız yoxdu.


Özüm Nabranda istirahət mərkəzlərinin birində dincəlməyə gələn insanlar üçün yemək, pidza və s. xidmət sahəsi açmışam. İşıqların bu qədər müddətə sönməsi soyuduculara yerləşdirdiyimiz ərzaqları məhv elədi. Ümid etdik ki, bu saat yanar, sonra yanar amma saat 23:00 olmasına baxmayaraq biz işiq üzünə həsrət qalmışıq. Axı belə olmaz. Zəng etmədiyimiz yer qalmayıb. Hərə bir bəhanə deyir. Özüdə Nabrana yeni işiq xəttləri çəkilib . Yeni xətlər ola-ola işiq niyə bu qədər fasilədə olmalıdırki? Çox xahiş edirik səsimizi aidiyatı qurumlara çatdırın. Xırda bir külək olan kimi biz qara günə qalırıq.
Şikayətçi Nurlan İsrafilovun dediklərini dinləyib, saytın qaynar xəttinə yolladıqları videoya baxıb Xaçmaz rayon İcra Hakimiyyətinin Nabran İƏV-nin nümayəndəsi Nəzakət İskəndərova ilə əlaqə saxladıq. Nəzakət xanım bildirdi ki, dünən əsən küclü külək zamanı Nabranın özündə qısa bir zaman işıq olmadı. Qaldıki, Xəzər və s. yaşayış kəndlərinə aldığım məlumata görə, sadalanan ərazilərdə hal-hazırda artıq işiq var.
Məsələ ilə bağlı Azərişığın Xaçmaz rayon Xudat elektrik şəbəkəsinin qəza –təmir şöbəsinin rəisi Natiq  Mustafayevlə
əlaqə saxladıq. Natiq müəllim cavabında bildirdi ki, mən neçə illərdi belə küləyə rast gəlməmişım. Azərişiq olaraq öncədən bizədə güclü küləklə bağlı xəbərdarlıq edilmişdi. Və qəza şöbəsi olaraq tam hazır vəziyyətdə idik. Dediyiniz istiqamətdə küləyin aşırdığı ağaclar elektrik enerjisinin verilişində fasilələr yaratdı. Külək əsdiyi zamanda biz ərazidə xidmət aparmışıq. Hal-hazırda işiq olmayan kəndlərində işiğını bərpa edirik. Ümumiyyətlə belə fövqaladə hallar olanda işiq katogirayalar üzrə verilir. Dövlət əhamiyyətli idarələr Xəstəxana, Məktəb, Hərbi hissələr və s. işiqla təmin olunur. İndiki vəziyyətdə hər şey qaydasındadır, qısa zamanda ərazilər tam işiqla təmin olunacaq.


İstixeber.info olaraq vətəndaşın müraciətini işiqlandırdıq və aidiyatı üzrə çatdırdıq. Şimal rayonlarının işiq məsələsini qüvvədə saxlayırıq.

İstixeber.info Xudat,Nabran,Yalama
Rəşad Ağaşirinov

loading...