BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Bərdə rayon təşkilatı Gənclər Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dilimiz varlığımızdır” mövzusunda fəal gənclərlə dəyirmi masa keçirilmişdir – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

1 avqust 2019-cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Gənclər və İdman İdarəsinin və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” münasibətilə “Dilimiz varlığımızdır” mövzusunda fəal gənclərlə dəyirmi masa keçirilmişdir.

İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Bərdə rayon Gənclər Birliyinin sədri Elşən Məmmədov açaraq,qonaqları salamladı, mövzu barədə qısa məlumat verərək bildirdi ki,müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində dahi şəxsiyyətin xidmətləri xalqımız üçün əvəzedilməz töhfə idi. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdən biridir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi fəxarətlə qeyd edilir.
Gənclər və İdman idarəsinin rəis müavini A.Qasımov çıxış edərək, qeyd etdi ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır.Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən Ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Bütün maneələrə və çətinliklərə baxmayaraq Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki,cənabİlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub.
Rayonun gənc müəllimləri Şəmistan Abdullayev, Şəmsiyyə Abbaszadə Bərdə regional mədəniyyyət idarəsinin məsləhətçisi İbrahimov Orxan , Mollalı kənd orta məktəbinin müəllimləri Baxşeyiş Məmmədli,Sənan Əliyev və başqaları çıxış edərək, dilimizin saflığının qorunması ilə bağlı tədbirlərdən, dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü dil siyasətindən,2003-cü ilin yanvarın 2-də dahi şəxsiyyət Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minməsindən, bu qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələrdən söz açdılar.
Tədbirə YAP Bərdə rayon Gənclər Birliyinin sədri Elşən Məmmədov yekun vurdu.

                           

İstixeber.info

loading...