BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məlahət İbrahimqızı: Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi tarixi qərardır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə vətəndaşlarının sentyabrın 1-dən ölkəyə girişi və ölkədə qalma üçün tələb olunan vizanın qarşılıqlı olaraq qaldırılması haqda tarixi qərarı hər iki qardaş ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.

İstixeber.info xəbər verir ki, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu qərar iki xalqın və dövlətin qardaşlığına, dostluğuna, işbirliyinə, xüsusilə də çağdaş dövlətimizin qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin dillər əzbəri olan müdrik “bir millət, iki dövlət” konsepsiyasına verilən böyük töhfədir.

“Belə bir qərarın qəbul olunması bütün sahələrdə birliyimizin, bütövlüyümüzün daha da güclənməsinə xidmət edəcəkdir”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

İstixeber.info

loading...