Qubada Regional Mətbəx Festivalına start verilib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Regional Mətbəx Festivalı təşkil olunub.

İstixeber.info xəbər verir ki, iyulun 27-də şəhərin Nizami parkında festivalın açılış mərasimi keçirilir.

İki gün davam edəcək festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunur.

Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunub. Bu zonalarda istehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş etdirirlər.

Regional Mətbəx Festivalına təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.

Festival çərçivəsində qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” və uşaqlar üçün isə “Əyləncə parkı” zonası fəaliyyət göstərir.

Mətbəx festivalının son günündə “Şahdağ Quba” hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klaslar keçiriləcək.