BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Erməni snayperləri yük maşınını atəşə tutdu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

İstixeber.info-ya bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26