BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda dəhşət! – 6 nəfəri xilas etdi, özü boğuldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.

İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib.

Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfərin boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub.

Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26