BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” – Sevinc Hüseynova


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə partiyamız tərəfindən önəmli layihələr həyata keçirilir”.

İstixeber.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu layihələr sırasında Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” xüsusilə diqqəti cəlb edir. Onun sözlərinə görə, yay məktəbləri ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə dəstəyi özündə ifadə edir. Millət vəkili qeyd edib ki, bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da vacib rol oynayır.

“Layihənin məqsədlərindən biri də gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. Bu baxımdan, yay məktəbləri müsbət təəssürat yaradır. Partiya  üzvlərinin 40 faizini gənclərin təşkil etməsi onların bir daha siyasi və ictimai fəallığının göstəricisidir. “Yay məktəbləri” bunun ən əyani təzahürlərindən biri olmaqla YAP-çı gənclərin cəmiyyətdə nə qədər aktiv olduğunu göstərir. Bu tədbirlər çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir. Mən də partiyamızı təmsil edən millət vəkili olaraq Lerikdə yay məktəbində iştirak etdim və bu layihə ilə bağlı təəssüratlarım çox yüksəkdir. Yay məktəbinin ikinci Lerik turunun iştirakçıları da müxtəlif mövzularda müzakirələr apardılar, seminarlar, təlimlər təşkil etdilər, Lerik rayonu ilə tanış oldular, intellektual oyunlar təşkil etdilər və s. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri böyük ehtiramla xatırlandı. Mən bir daha əmin oldum ki, gənclərimiz Heydər Əliyev ideyalarına və Prezidentimiz cənab İlham Əliyevin siyasətinə sadiqdirlər”-deyə, S.Hüseynova vurğulayıb.\yap.org.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26