BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Saakaşvilidən Zelenskiyə dəstək gəldi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

O, tərəfdarlarını majoritar sistemdə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” hərəkatına səs verməyə çağırıb

Gürcüstanın keçmiş prezidentin Mixeil Saakaşvili başçılıq etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyasının Ukrayna parlamentinə seçkilərdə iştirak etməyəcəyini bildirib.

İstixeber.info xəbər verir ki, M.Saakaşvili bu addımı Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək olaraq atdığını bildirib: “Keçmiş siyasilərə güzəştə getmədən ona çoxluğa nail olması üçün şərait yaratmaq lazımdır”.

O, tərəfdarlarını majoritar sistemdə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” hərəkatına səs verməyə çağırıb.

Qeyd edək ki, iyulunn 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyada 21 siyasi partiya və təşkilat iştirak edir. Seçkilər proporsional və majoritar qaydalar üzrə keçirilir. (Report)

İstixeber.info

loading...