BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Neftçi” futbol tariximizə düşdü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Speranta”ya 6:0 hesabı ilə qalib gələn “Neftçi” futbol tariximizə düşüb.

İstixeber.info qol.az-a istinadən xəbər verir ki,bu uğur sayəsində “ağ-qaralar” bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək “Qarabağ” “Samtredia”nı (Gürcüstan), “İnter” (indiki “Keşlə”) “Trans Narva”nı (Estoniya) 5:0 yenməyi bacarmışdı. “Neftçi” avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə  ən böyükhesablı qələbələrini “Qarabağ” “Banqa” (Litva), “İnter” (indiki “Keşlə”) “Trans Narva” (Estoniya) üzərində qazanmışdı (7:0).

Əlavə edək ki, iki oyunun nəticəsinə əsasən, “Speranta”ya 9:0 hesabı ilə (3:0 səfərdə, 6:0 evdə) qalib gələn Bakı klubu Avropa Liqasında ikinci mərhələyə də yüksəlib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26