BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Paralimpiyaçılarımız “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. 

İstixeber.info xəbər verir ki, Qazaxstanın Nur-Sultan şəhərində keçirilən Para Pauerliftinq üzrə Dünya Çempionatında Azərbaycan komandasının üzvü Elşən Hüseynov bu gün yarışlara qatılıb.

107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb. İdmançımız belə bir nəticə göstərməklə Dünya reytinqində 4-cü yerini möhkəmləndirib və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

İstixeber.info

loading...