BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Görülən işlərdən məmnun qalan Şəmkir şəhər sakinləri Cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin şəhər və kəndlərinin, eyni zamanda Şəmkir rayonu, onun qəsəbə və kəndlərinin siması dəyişir, yeniləşir.

İstixəbər.info- un məlumatına görə çıxışları zamanı Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunduğunu bildirir.

Hazırda da Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində sosialyönümlü tədbirlər davam etdirilir, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Elə bu günlərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Şəmkir Bələdiyyəsinin dəstəyi ilə Şəmkir şəhəri Şıxəli Qurbanov küçəsində uzunluğu 28 metr olan yeraltı su keçidi yenisi ilə əvəz olunub.

Qeyd edək ki, yaranan problem Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun tapşırıqlarına əsasən şəhər icra nümayəndəliyinin keçirdiyi qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılıb.

Qeyd olunan ərazidən keçən su borusu uzun illərdir istifadəyə yararsız halda olub. Hazırda isə həmin boru yenisi ilə əvəz olunub və ərazi qurunt sularından təmizlənərək sakinlərin istifadəsinə verilib.

Görülən işlərdən məmnun qalan Şəmkir şəhər sakinləri Cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Həmin fotoları sizlərə təqdim edirik.


loading...