BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişeli təbrik etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib.

İstixeber.info xəbər verir ki, məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlət başçısı Şarl Mişelə möhkəm can sağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək.

Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26