BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəbnəm Tovuzlu: “İnstagram”dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır” – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“İnstagram”da oturanların 80 faizi boş-bekar, ucuz, dəyərsiz, mənasız insanlardır”.

İstixeber.info-nun məlumatına görə, bu fikirləri Lent.az-ın canlı yayımında Şəbnəm Tovuzlu səsləndirib.

Canlı yayımda qonaq olan populyar ifaçı sosial şəbəkədə mənfi rəy yazan izləyicilərindən şikayətlənib:

“Mənim heç vaxtım da yoxdur ki, o şərhləri oxuyum. Axşamlar boş vaxtım olanda bir az oxuyuram. Baxıram ki, artıq dəxlisiz şeylər yazırlar, başqa işlərimlə məşğul oluram. 1000-2000 şərh gəlir, onların hamısını sona qədər oxumağa hövsələm yoxdur.

Belə də ki, düz deyirlər, bu gün “İstagram”da oturanların çoxu boş-bekar uşaqlardır. Normal, ağıllı adam heç vaxt ora pis şərh yazmaz. Məni bəyənmirsənsə, sevmirsənsə, məni dinləmirsənsə, məndən xoşun gəlmirsə, məni izləmə”.

loading...