Yevlax şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Bu məqsədlə bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib.
İstixeber.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı cənab Qoca Səmədov könüllülük fəaliyyətinə başlayacaq gənclərlə görüş keçirdib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Aparatın nümayəndələri və könüllülər iştirak edib. 2 ay müddətinə könüllülük fəaliyyətinə qoşulan gənclərlə rayon rəhbəri səmimi söhbət edərək uğurlar arzulayıb və onların könüllü olmalarını yüksək qiymətləndirib. Tədbirdə qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir.
Könüllülük fəaliyyətinə başlayan gənclər diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
More Stories
Bakıda yerli və beynəlxalq tibbi ekspertləri bir araya gəldilər – FOTO
Yevlaxda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi – FOTO
“Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” – Mehriban Əliyeva