BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həlak olmuş gizir doğma kəndində dəfn olundu – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Evlərinə axırıncı dəfə 2018-ci il avqust ayının 19-da gəlibmiş

İyulun 6-da Azərbaycanda hərbi hissələrdən birində baş verən partlayışda həlak olan gizir, 29 yaşlı Amiddin Şahmalı oğlu Ağalarov doğulduğu Qusar rayonunun Piral kəndində dəfn olunub.

İstixeber.info İstiPress-in şimal bürosuna istinad edərək xəbər verir ki, dəfn mərasimində Qusar İH-nin, hüquq-mühafizə orqanlarının rəsmiləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, Səfəfbərlik  və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmət Xidmətinin rəhbərliyi, hərbçinin xidmət etdiyi hərbi hissənin əməkdaşları və kənd sakinləri iştirak edib.

Dəfn mərasimində iştirak edən Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik Abdulla Qurbani mərhum hərbçinin ailəsinə rəhbərlik adından başsağlığı verib, əzizlərinə səbr diləyib.

29 yaşlı Amiddin Ağalarov 9 il idi ki, Azərbaycan Milli Ordusunda xidmət edirdi. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalları ilə təltif olunan Amiddin Ağalarov ailələrində 2 bacı və 3 qardaşdan sonra sonbeşik idi. İki azyaşlı – 4 yaşlı Ayka və 2 yaşlı Ömər ondan yadigar qaldı.

Ailə üzvlərindən əldə etdiyimiz məlumata görə, mərhum gizir beş-on gün əvvəl xidmət etdiyi rayondan ailəsini  Qusara istirahətə göndəribmiş. Özü isə bu ayın 12-də məzuniyyətə çıxacaqdı. Verilən məlumatdan o da aydın  oldu ki, Amiddin Ağalarov Qusara-doğma kəndi Pirala axırıncı dəfə 2018-ci il avqust ayının 19-da gəlibmiş.

Hərbi hissədə partlayış zamanı həlak olan diğər hərbçimiz – 31 yaşlı Samir Çingiz oğlu Salahov isə doğulduğu Ağstafa rayonunda torpağa tapşırılıb. Bədbəxt  hadisə nəticəsinin qurbanı olmuş hər iki hərbçimizə Allahdan rəhmət diləyirik.

İstixeber.info Qusar Rəşad Ağaşirinov
loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26