BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda yol infrastrukturu yenidən qurulur – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhəri Abbasqulu bəy Şadlinski küçəsi əsaslı şəkildə yenidən qurulur.

İstixeber.info xəbər verir ki, başlanğıcını Yevlax şəhəri Heydər Əliyev prospektindən götürən bu küçə iki hərəkət zolaqlı olub şəhərin əsas mərkəzi küçələrindən biri hesab edilir.
Küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində Heydər Əliyev prospektindən Çadlinski küçəsi boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə küçədə əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı.


Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır,səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Şadlinski küçəsində yenidən asfaltlama işi aparılır Tikinti layhəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt örtük döşənir.
Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün yeni işıq dirəkləri quraşdırılacaqdır.

İstixeber.info

loading...