Be. Dek 16th, 2019

Zakir Həsənov Rusiyaya başsağlığı verdi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.

Müdafiə Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, başsağlığında deyilir: “Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

İstixeber.info