BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! – “Hacı Mazan” Bakıda xəstəxanaya yerləşdirildi – VƏZİYYƏTİ AĞIRDIR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.

İstixeber.info-nun məlumatına görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində “Hacı Mazan” kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Mazan hazırda əməliyyat olunur.

Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili – “Range Rover”lə qəzaya düşüb. Nəticədə özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.

İstixeber.info

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26