BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyevdən təqaüdlərlə bağlı FƏRMAN


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyev  “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin   təqaüdü”nün təsis edilməsi  haqqında fərman imzalayıb.

İstixeber.info xəbər verir ki, fərmana əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə  Prezident  təqaüdü”nün  təsis   edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Prezidentin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilib:

1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin.

2.  7-ci hissə üzrə:

2.1. 7.8-ci və 7.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə

2.2. aşağıdakı məzmunda 7.11 – 7.13-cü bəndlər əlavə edilsin:

7.11.

I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə

7.12.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə

7.13.

müharibə veteranlarına

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26