Be. Dek 16th, 2019

Şəmkir RMX-da həkim can aldı…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

 

İstixeber.info-un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kənd ərazisində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan avtomobil maneə çırpılıb. Nəticədə sürücü və digər bir sərnişin hadisə yerində həlak olub.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Məlumata görə, ölənlər Ayaz və Emil, yaralılar isə Xəyyam və Əlizamin adlı şəxslərdir. Şəmkir rayon mərkəzi xəstəxanasına aparılan yaralıları həkimlər qəbul etmədiyinə görə 1 yaralı Şəmkir rayon mərkəzi xəstəxanasına daxil olandan 30 dəqiqə sonra həlak olub. Daha bir yaralı isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaya aparılıb.

İstixeber.info olaraq Şəmkir rayon mərkəzi xəstəxanası ilə əlaqə saxlasaqda Şəmkir rayon mərkəzi xəstəxanasının növbətçi həkimi məlumat vermək istəmədi

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq