BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SAATLIDA NARKOTİK YETİŞDİRƏN QOHUMLAR SAXLANILIB – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qırağlı kənd ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Səyavuş Əzizov və onun qayını Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofik Nağıyev saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı oradan xüsusi qaydada yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26