BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

KÜRDƏMİRDƏ SİLSİLƏ OĞURLUQ EDƏN RAYON SAKİNİ SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kürdəmirdə oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, mayın 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir RPŞ-yə ərizə ilə müraciət daxil olub.


Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb.
Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyyat hissələrini oğurladığı məlum olub.
Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26