BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda qadın müəllimə həbs edildi – Səbəb hər kəsi şoka salır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb.

İstixeber.info apa-ya istinadən xəbər verir ki, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb.

Məlum olub ki, o, həmin tarixdə gecə saat 02.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.

Hər iki bacının müəllimə işlədiyi qeyd edilir.

G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26