BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

77 terrorçu zərərsizləşdirildi – “Pəncə” əməliyyatı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə Silahlı Qüvvələri “Pəncə” əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.

İstixeber.info-nun məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib:

“Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib”.

Nazirlik əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini vurğulayır.

REKLAM

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

İstixeber.info

loading...