BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

5 km 100 metr uzunluğunda dövlət bayrağı ilə sərhədçi yürüşü – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan sərhədçiləri 15 iyun – “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

İstixeber.info xəbər verir ki, Dövlət Sərhəd Xidməti tərəfindən bu münasibətlə 12 iyun 2019-cu il tarixdə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilmişdir.

REKLAM
Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşımışdır.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaltmışlar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm et­mişdir.
Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri Dahi Öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiqlik­lərini, Azərbaycan Res­­pub­­li­ka­sının Prezi­denti cə­nab İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdir­mişlər.
Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik etmiş, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qоru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd etmişdir.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş təd­birlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalı­mızdır!” şüar­­lı möh­təşəm bayraq yürüşü Azərbaycan Respubli­ka­sının Pre­zi­den­ti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqları­mızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götür­məyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucalt­mağa sərhədçi əzminin ifadəsi olmuşdur.
Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksək­liyi ilə qarşılamış, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi or­kes­trinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kol­lek­tivləri bayram gü­nü­nə və bayraq yürüşünə həsr olunmuş konsert proq­ramı ilə şəxsi heyət qarşısında çıxış etmişlər.

İstixeber.info

loading...