BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Millimizin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istədi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Belə nəticədən sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar”. 

REKLAM

İstixeber.info xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsində “Bakcell Arena”da Slovakiyanı qəbul edən yığmamız böyük hesabla (1:5) məğlub olub. Matçdan sonra baş tutan mətbuat konfransında xorvatiyalı çalışdırıcı bildirib ki, oyuna yaxşı başlasalar da ardını gətirə bilməyiblər: “Bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil”./unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26