BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Çiyələklə biskvitli rulet


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Məhsullar:

Biskvit üçün:

– 1 stəkan un

– yarım stəkan şəkər tozu

– 6 yumurta

Krem üçün:

– 300 qr yağlı xama

REKLAM

– 200 qr çiyələk

– 1 stəkandan az pudra

Hazırlanması:

Yumurtanın ağlarını sarılardan ayırın (yumurta təzə və soyuq olmalıdır). Ağları mikserlə yaxşı çalın.
Hissə-hissə un və şəkər tozu əlavə edin, çalın.
Sonda yumurta sarısını əlavə, çalın. Xəmir qatı xama kimi alınmalıdır.

Sobanı 190 C qədər qızdırın, tavaya perqament kağızını sərin, kağıza kərə yağı çəkin, xəmir tökün, üzərinə 2-ci kağız sərin, 25 dəqiqə bişirin.
Xamanı pudra ilə yaxşı qarışdırın, çiyələyi nazik doğrayın.
Hazır korj olan tavanı yaş dəsmalın üzərinə qoyun, digər yaş dəsmalı tavanın üzərinə sərin, soyumasını gözləyin.
Korja krem çəkin, üzərinə çiyələk düzün, rulet şəklində bükün.\Milli.Az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26