BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gəncədə adam bıçaqlayan şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

REKLAM

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26