BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Telefonlar uşaqlarda göz xəstəlikləri yaradır – XƏBƏRDARLIQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.

İstixeber.info xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva mərkəzin 10 illik fəaliyyətinə həsr olunmuş konfransda deyib.

“REKLAM”

Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir. Abdiyeva bildirib ki, planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. “Çünki planşetlərdən, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Ona görə də, göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin olmasına xüsusi diqqət yetirilməlidir. 30 sm-dən kitab oxuyan zaman kitabın necə tutulması öyrədilməlidir, televizoru izləmə məsafəsi optimal şəkildə seçilməlidir. İşığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə, analar gələcəyimiz olan körpələrimizin qidalanmasını, həm də gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”, – mütəxəssis deyib.

Y.Abdiyeva əlavə edib ki, dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “2020” proqramı çərçivəsində “Görmə 2020” proqramına qoşularaq, Azərbaycanda oftalmologi yardımın optimallaşdırılması üçün göz xəstəliklərinin qarşısını almaq məqsədi ilə mərkəz tərəfindən həm profilaktik tədbirlər, həm də müalicə həyata keçirilir./virtualaz.org

İstixeber.info

loading...