Be. Dek 16th, 2019

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı qəza yerində olub

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov hadisə yerində olub. 

İstixeber.info xəbər verir ki,  hadisə baş verən an Yevlax rayon İcra hakimiyyətinin başçısı Qoca Səmədov hadisə yerində olub. “Mercedes” markalı mikroavtobusda qəzaya düşənlərin vəziyyəti ilə maraqlanıb, aidiyyatı qurumlara lazımı tapşırıqlar verib. Günün ikinci yarısında icra başçısı yenidən xəstəxanada həmin şəxslərə baş çəkib, xəstəxana rəhbərliyindən xəstələrin vəziyyəti barəsində məlumat alıb. İcra başçısı vəziyyəti ağır olan xəstələrin digər səhiyyə ocaqlarına aparılması üçün aidiyyatı qrumlara məlumat verib.

Qeyd edək ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən “Mercedes” markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 22 nəfər isə xəsarət alıb.

İstixeber.info