BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ən asan pul qazanmaq yolu: bunu edib 95 manat alırlar – İnsanlara İNANILMAZ TƏKLİF


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fransanın Sant-Antuan adlı araşdırma mərkəzi fekal transplantasiya üçün donorlar axtarır.

Fekal transplantasiya nədir?

REKLAM
Hələ qədim Çində bu tibbi prosedur ölümcül xəstələrə, zəhərlənənlərə tətbiq olunardı. Hərtərəfli sağlam insanın nəcisi su ilə qarışdırılıb xəstəyə yedirilərdi.
Bu gün də fransız alimləri Qədim Çinin ən ağılagəlməz müalicə üsulu fekal transplantasiyanı yenidən tibbə gətirmək niyyətindədirlər.

Əgər Fransada yaşayırsınızsa, kifayət qədər sağlamsınızsa, Sant-Antuan Hospitalına gedin. Qan analizləri verəndən sonra heç bir xəstəliyiniz aşkarlanmazsa, elə xəstəxananın tualetində xaric edəcəyiniz nəcisin müqabilində 50 avro (təxminən 95 manat) bəxşiş alacaqsınız. Həmçinin tibb elminə də böyük dəstək göstərmiş olacaqsınız.
Doğrudur, bu fikir hələ ki, fransızların özləri tərəfindən də qəhqəhə ilə qarşılanıb, amma buna baxmayaraq, fekal transplantasiyanın sonsuz sayda faydası da tədqiq olunub. Xatırladaq ki, donor olmaq üçün yaş həddi 18-49 arasındadır.
Fransız alimləri ictimaiyyətə ünvanladıqları çağırışda “Dünya tibbini məhz sizin nəcisiniz yerindən oynada bilər” deyirlər. Onlar hesab edirlər ki, bu üsul indiyədək müalicəsini tapmayan bir sıra xəstəliyə dəva olacaq.
Fekal transplantasiya, yəni sağlam insanın nəcisinin bir sıra prosedurdan sonra xəstələrə yedirilməsi bir sıra mədə xəstəlikləri, infeksiyalar, piylənmə və autizm kimi xəstəliklərin müalicəsində inqilab yarada biləcək./publika.az

İstixeber.info

loading...