BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Böyük yarışların bizdə keçirilməsi erməni lobbisinin yuxusuna haram qatır” — İlham Məmmədov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan strateji inkişaf konsepsiyasına uyğun olaraq qarşısında duran hədəflərə doğru inamla addımlaması, təbii ki, Azərbaycanı sevməyənləri və düşmənlərimizi ciddi narahat edir. Ona görə də, bu qüvvələr hər vasitə ilə bu inkişafa mane olmağa çalışırlar”.

İstixeber.info xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında  deputat İlham Məmmədov son günlərdə  Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın 10 illik yubleyi zamanı yaşanan olaylara, istərsə də mayın 29-da Bakıda UEFA-nın final matçının keçirilməsi ilə bağlı yarışlar ərəfəsində ölkəmizə qaşrı başladılan əks təbliğat kampaniyasına mövqeyini açıqlayarkən deyib.

İlk olaraq “Şərq tərəfdaşlığı”nın 10 illik yubleyinin yekun bəyyannaməsindəki ərazi bütövlüyü ilə bağlı məsələyə toxunan deputat bildirib ki, bununla ərazi bütövlüyü məsələsinin Azərbaycan üçün necə həssas məsələ olmasını dünyaya mesaj vermiş olduq:

“Əslində Azərbaycan belə bir mövqe sərgiləməklə beynəlxalq hüquq normalarına  və prinsiplərinə sədaqətini nümayiş etdirmiş oldu”.

Azərbaycan Prezidentinin Brüssel səfərinin yekunlarına toxunan deputat bildirib ki, bu səfər təkcə Azərbaycan üçün deyil, Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir.

“Bu səfər qarşılqılı maraqlar baxımından  mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ailəsinə daha sıx inteqrasiya edib, Avropa dəyərlərini əxz etmək, bu bazarda mövqeyini möhkəmlətmək  istəyirsə,  Aİ də Azərbaycan timsalında özünün enerji təhlükəsizliiynin təmin olunmasında, o cümlədən Şərqlə Qərb arasında daha məqbul, qısa, etibarlı nəqliyyat kommunikasiya  yolundan istifadə etmək üçün mühüm tərəfdaş əldə etmiş olur.  Çünki Azərbaycan Prezidentinin uzaqgörən siaysəti nəticəsində Azərbaycan həm Avropanın enerji təhlükəsizlinin təmin olunması baxımından, həm də Şəqrlə Qərb arasında etibarlı körpü yaradılması baxımından mühüm infrastruktur layihələri həyata keçirib.Bu layihələr hesabına  Qərbədən Şəqrə və əksinə daha qısa yol qət etməklə yüklərin  “Bir kəmər, bir yol”  beynəlxalq  layihəsi üzrə daşımaq mümkündür. Təbii ki, Azərbaycanın belə mühüm layihələrin əsas parçası olması və uğura imza atması, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisini ciddi  narahat edir. Ona görə də hər vasitə ilə bizə qarşı qarayaxma kampaniyasını həyata keçirirlər”,- deputat bildirib.

Deputat əlavə edib ki, bu məqsədlə də Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı ermənilərin əlində alət olan 2-3 nəfərdən istifadə etməyə çalışdı:

“Erməni lobbisi və anti-Azəbaycan qüvvələrin əlində alətə çevrilən bu məxluqların hərəkəti  lap küçə itinin hərəkətinə bənzəyir. Onların bu hərəkəti hətta yerli polis tərəfindən ikrahla qarşılandı və onun ictimai asayişi pozması iradı bildirildi. Onlar bu istəyinə nail ola bilmədilər. Amma bunun əksi olaraq orada yaşayan çoxsaylı soydaşlarımız Azərbaycan Prezidentinin  Brüsselə səfərini alqışladılar. Ona səfərini qürur hissi ilə qarşılayaraq buna böyük önəm verdilər.

REKLAM

 Burada bir məqamı da qeyd etmək istərdim ki, artıq Avropada məskunlaşan və bir zamanlar Azərbaycana müxalif mövqe sərgiləyən insanların  da bir qisminin indiyədək etikləri hərəkətinin səhv olduğunu anlamağa başlayaraq, bu səhv yoldan geri dönməyə başlayıblar. Onlar da artıq Azərbaycanın tutudğu yolun doğru olduğunu başa düşməyə başlayıblar. Başa düşdülər ki,  əgər xaricdəki anti-Azərbaycan qüvvələrin bu cür maneçilikləri olmazsa, Azərbaycan daha ciddi uğurlara imza ata bilər. Ona görə dəbu səhv yoldan  dönərək üzr istədiklərini bəyan edirlər”.

UEFA-nın mayın 29-da final matşının Bakıda keçirilməsi  ərəfəsində ölkəmizə qarşı başladılan proseslərə mövqeyini açıqlayan İ.Məmmədov deyib ki, belə bir idman yarışının Bakıda keçirilməsinin mühüm əhəmiyyəti var:

“Bu oyun Azərbaycanın necə inkişaf etdiyini və mötəbər oyunlarını keçirmək qabliyyətinə malik olduğunu dünyaya nümyiş etdirməsi, yuxarıda söylədiyim həmin Azərbaycanı sevməyən qüvvələrin, erməni lobbisininin yuxusuna haram qatır.  Çünki bu oyunu izləmək üçün ölkəmizə minlərlə xarici futbol azarkeşi və turistlər səfər edəcək, bundan əlavə olaraq dünya bu oyunları izləyəcək. Belə bir oyunun Bakıda keçirilməsi Azərbaycanı dünyaya tanıtdırmaq baxımından müstəsna rol oynayacaq. İstər  ölkəmizə gələn qonaqlar, istərsə də izləyicilər Azərbaycanın necə inkişaf edən, sabit və təhlükəsiz bir ölkə olduğunu görəcəklər. Bu isə həmin qüvvələri narahat etdiyindən,  əlaltıları ilə bərabər bu dəfə özləri də  əks təbliğat kampaniyasına başlayıblar.
Bəri başdan deyim ki, onların  səsləndridyi arqumentlərin hamısı absurd və əsası olmayan fikirlərdir. Artıq biz onların bu iyrənc kampaniyalarına bir növ öyrənci olmuşuq. İndiyədək Azərbaycanda keçirilən mötbər idman yarışları və digər mahni müsabiyələri zamanı şahidi olmuşuq. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır. Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar.

Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, Azərbaycan öz inkişaf yolundandır və qarşısına qoyduğu  hədəflərinə doğru irəliləyəcək. Bu manelərlə Azərbaycanı inkişaf yolundan döndərə bilməyəcəklər.

Bu gün Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar”.

İstixeber.info

loading...